10, 281 nəfər ilə əhalinin böyük hissəsini 25–29 yaş aralığı əhatə edir. 0–4 yaş aralığı sakinlərin sayı 9, 608, 5–9 yaş 9, 602, 10–14 yaş 7, 102, 15–19 yaş 7, 283, 20–24 yaş 9, 297, 30–34 yaş 8, 893, 35–39 yaş 6, 970, 40–44 yaş 6, 333, 45–49 yaş 6, 635, 50–54 yaş 7, 123, 55–59 yaş 6, 854, 60–64 yaş 4, 749, 65–69 yaş 2, 497, 70 yaşdan yuxarı isə 3, 417 nəfərdir. 2018-ci ildə rayonda 792 nikah, 112 boşanma qeydə alınmışdır. 29 uşaq isə 1 yaşına çatmadan vəfat etmişdir. 545 ölən, 1, 716 doğulan sakin ilə rayonun təbii artımı 1, 171 nəfər olmuşdur. [65] Görkəmli şəxslər[redaktə | mənbəni redaktə et] General-mayor Polad Həşimov — Qəbələ şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının qarşısından keçən küçəyə Polad Həşimovun adı verilib.
Bütün bunlar isə əhalinin rifahının yaxşılaşmasına ciddi şəkildə təsir edir. Rayonda fəaliyyət göstərən konserv zavodu, limonad fabriki, Beltman piano fabriki, meyvə və tərəvəzlərin çeşidlənməsi üçün soyuducu anbarlar, süd, üzüm, fındıq emalı və xalçaçılıq müəssisələri, çörək, lift, kərpic və beton zavodları rayonun iqtisadiyyatında müstəsna rol oynayır. Tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük rekreasiya və turizm imkanlarına malikdir.
Həmin müəllif VII əsrdə xalkedonit katolikos Nerseslə əlaqədar hadisələrdən bəhs edərkən ondan ayrılmış Kapalak yepiskopu İoannın adını çəkir. Məclis iştirakçılarının imzaları arasında da Albaniya katolikosundan sonra ikinci yerdə həmin Kapalak katolikosu İoannın imzası dururdu. I–V əsrlərdə Qəbələ alban Arşakiləri sülaləsi hökmdarlarının iqamətgahı idi.
keçirilmişdir[71]. Rayonda idmanın maddi-texniki bazası möhkəmləndikcə sərbəst güləş, boks, taekvondo və başqa idman növləri üzrə Azərbaycan yığma komandaları təlim-məşq üçün Qəbələyə gəlirlər. [72][73] Həmçinin, rayonda 1995-ci ildən bəri Qəbələ rayon Gənclər və İdman idarəsi fəaliyyət göstərir. İdarə rayonda Dövlət Gənclər və Dövlət İdman siyasətini həyata keçirir. [74] İdarənin nəzdində ictimai əsaslarla hazırda taekvondo, sərbəst güləş, cüdo, karate, kikboksinq, boks, armrestlinq, sayokan döyüş növü üzrə bölmələr fəaliyyət göstərir. Həmin bölmələr rayon mərkəzində və bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərir.
Arxeoloji qazıntılar göstərir ki, VIII əsrdə Qəbələ şəhərinin tutduğu sahə xeyli böyümüşdü. Bu zaman şəhər təkcə Səlbiri deyil eyni zamanda Qala sahəsini də tuturdu. IX–X əsrlərdə Qəbələ Səlbir və Qala ərazilərini bütünlüklə əhatə edirdi və burada gözəl binalar inşaa etdirilmişdi. Bu dövrdə Qəbələ ərazisində su təsərrüfatı inkişaf edir. Su təminatı üçün gil tünglərdən istifadə edilmişdir. su sitemi əvvəlcə Səlbirdə qurulmuş sonra isə borularla Qala hissəsinə çəkilmişdir. XV əsrdə Qəbələdə olan şair Bədr Şirvani şəhərin su təsərrüfatından və hovuzdan etkilənmiş və hətta şeir də yazmışdır.
“Qəbələ” “Sumqayıt”ı darmadağın etdi - "İki sahil"
"Qəbələ" - "Sumqayıt" matçı ilə bağlı son nöqtə - Sport24.az
Bir çox yerli və xarici nəhənglər də rayona xüsusi diqqət yetirir. 2018-ci ildə rayonda pərakəndə ticarət dövriyyəsi 188, 8 milyon ₼ olaraq, əvvəlki illərdən böyük miqdarda fərqlənmişdir. İaşə dövriyyəsində isə çəkisi 14, 554 milyon ₼ olmuşdur. Rayonun ölkə üzrə ümumi pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi 0, 51% olmuşdur. [56] Turizm[redaktə | mənbəni redaktə et] Turizm rayon iqtisadiyyatının əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır. Rayonda turizmin inkişafı yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Qəbələdə istehsal sahəsinin planlı şəkildə inkişaf etdirilməsi də turizm sənayesinin inkişafı ilə bağlıdır, bax: gabalatours[57] Qəbələnin son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayını dəfələrlə artırmışdır.
Böyük Qafqaz textonik qalxması ilə Kür dağarası tektonik çökməsinin sərhədləşdiyi zonada yerləşən Qəbələ rayonunun ərazisi seysmik cəhətdən fəal zona hesab edilir. 832 illik məlumata görə rayon ərazisində 1949-56-cı illərdə və 1981-ci ilin dekabr ayında dörd dəfə 3–5 bal gücündə zəlzələ hadisəsi qeydə alınmışdır. Mürəkkəb dağlıq relyef və Mezozoy, Kaynozoy eralarının müxtəlif geoloji dövürlərinə məxsus süxurlar Qəbələnin yeraltı təbii sərvətlərinin zənginliyinə səbəb olmuşdur. [17] Təbiəti[redaktə | mənbəni redaktə et] Qəbələdə yetişən gül növləri Qəbələ rayonunun təbii sərvətləri sistemində onun torpaq, bitki örtüyü özünəməxsus yer tutur. Rayonun ümumi torpaq fondu 150 min hektar olub, istifadə olunmasına görə olduqca rəngarəngdir. Rayonda adambaşına düşən torpaq həcmi təqribən respublika üzrə olan göstəriciyə bərabər olub 1, 5 hektar təşkil edir. Torpaq sərvəti insanlar tərəfindən istifadə olunmasına görə müxtəlif sahələrə ayrılır.
Bu torpaqların adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır[7]. Böyük Plini yazırdı ki, Kabalaka Albaniyanın əsas şəhəri olmuşdur. Mənbələrdə Qəbələ adı Vostani-Martspan (Mərzban paytaxtı) adlandırılan Kavaqak kimi də çəkilir. Paytaxtın VI əsrdə Partava (müasir Bərdə) köçürülməsinə qədər Qafqaz Albaniyasının əsas şəhəri Qəbələ olmuşdur. Qanıxçay və Samurçay arasındakı bölgə olan Xabala da müasir Qəbələnin adı ilə əlaqəlidir.
[63][64] Əhalisinə görə Qəbələnin ən çox əhalisi olan 8, 943 nəfər ilə Vəndam qəsəbəsi, ən az isə 44 nəfər ilə Küsnət kəndi olmuşdur. [65] 5, 744 nəfər sakin ilə Nic, 4, 962 nəfər ilə Bum qəsəbəsi, 3, 798 nəfər ilə Mıxlıqovaq, 3, 041 nəfər ilə Nohurqışlaq, 2, 804 nəfər ilə Zarağan, 2, 618 nəfər ilə Tüntül, 2557 nəfər ilə Soltannuxa, 2, 512 nəfər ilə Mirzəbəyli, 2, 149 nəfər ilə Aydınqışlaq, 2, 008 nəfər ilə Yeni Dizaxlı, 1, 944 nəfər ilə Qəmərvan, 1, 888 nəfər ilə Yenikənd, 1, 876 nəfər ilə Tikanlı, 1, 631 nəfər ilə Uludaş, 1, 567 nəfər ilə Böyük Pirəli, 1, 544 nəfər ilə Həmzəlli və 1, 527 nəfər ilə Əmirvan kəndi, rayonun ən böyük kəndləri siyahısında yer alır. Əhalisi 1, 000 nəfərdən az olan digər kəndlərin ümumi əhalisinin sayı isə 28, 133 nəfərdir. [65] Rayonun ümumi əhalisinin 54, 286 nəfəri kişi, 52, 358 nəfəri isə qadındır.
İldən-ilə rayonun kənd və qəsəbələrində məktəblərin idman zalları əsaslı təmir edilir və yeni zallar tikilir. [67][68] Həmçinin idman sahəsində keçirilmiş çoxlu sayda tədbirlər idmançılarımız üçün əhəmiyyətli olmuş, onlar atletika, cüdo, futbol, voleybol, şahmat, sərbəst güləş, taekvondo, kikboksinq, karate, döyüş növləri üzrə respublika çempionları, beynəlxalq yarışların qalibi olmuşlar. [69] Bununla yanaşı rayonda bir çox beynəlxalq və respublika səviyyəli yarışlar:[70] Off-road avtomobil yarışı üzrə Beynəlxalq turnir, 17 ölkədən 20-yə yaxın komandanın iştirak etdiyi Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Beynəlxalq velosiped turniri, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında 6 Avropa klubunun qatıldığı Qəbələ Kuboku Futbol turniri, Olimpiya yol yürüşü adlı kütləvi-idman tədbiri, velosiped üzrə Azərbaycan çempionatı, oyun festivalı və s.
Küçənin başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. [66] Dövlət təhlükəsizlik xidmətinin işçisi, podpalkovnik İmran Mahmudov - Qəbələ Şəhərində yerləşən Səkkizguşəli Məscidin Yuxarısındakı küçəyə İmran Mahmudov adı verilib. İdman[redaktə | mənbəni redaktə et] Respublikamızın bütün bölgələrində olduğu kimi Qəbələ rayonunda da müasir idman quğuları və nəhəng idman obyektləri fəaliyyət göstərir. Qəbələ Olimpiya İdman Kompleksi, Qəbələ FK-nın stadionları, Cıdır Kompleksini, Atıcılıq Mərkəzini, həmçinin tikintisi davam etdirilən Tufandağ dağ-xizək kompleksi və Golf Resort idman və istirahət mərkəzini nümunə göstərmək olar. Bunlarla yanaşı Rayon İcra Hakimiyyəti tərəfindən hər il orta məktəblərin idman meydançaları və idman qurğuları əsaslı təmir edilir, istifadə müddətini başa vurmuş qurğular yeniləri ilə əvəz olunur.
DataLife Engine / “Sumqayıt” yenə geridönüş etdi